Nadir gəlini haqda: "Sən qızımsan, oğlum kürəkənimdir"
"Gəlinim deyir, fəxr edirəm ki, mənim cavan qayınanam, qayınatam var. Qayınatam pozitivdir, mənimlə çərçivədə zarafatlaşır. Ona deyirəm ki, sən qızımsan, oğlum kürəkənimdir". Sfera.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Həmin Zaur" proqramında deyib. Dekabrın 20-də oğlu Loğmana toy edən sənətçi məclisdə göz yaşlarına hakim ola bilməməsinin səbəbini açıqlayıb: "Kövrəldim, illərin əziyyəti, yükü bir az boşaldı. Toy etmək çətindir, məsuliyyətlidir. Məclisdən sonra normal yatmağa