Qardaşını qəzada itirən aparıcı: "Gülümsəməyə məcburuq"

Maqazin
12:30 / 06.01.2022
863
"Keçən il bayram etmədim, qızıma da başa saldım ki, bizə görə canından keçən igidlərimizin ailəsi, balası gözüyaşlıdır, onlara görə edə bilmərik. Bu il Allahım elə bir acı yaşatdı ki, mənim də canını, həyatını vətənə qurban verən igidim həyatımın rəngini soldurdu”.
Sfera.az bildirir ki, bunu tanınmış aparıcı Vüsalə Əlizadə deyib. O, yaxın zamanlarda itirdiyi qardaşına görə, bayramlarının sıradan gün olduğunu vurğulayıb:
"Heç kim yaşamayacaq bu acını? Təbii ki yaşayacaq! Kimsə ölümsüz əbədidir? Əsla! Heç bir bəni-adəmin dəyişə bilməyəcəyi həyat oyunu… Amma durmadan gedən həyatla ayaqlaşıb, dərdimiz, qubarımız bir ömür ürəyimizdə davam edirik, məcburuq dik durmağa, məcburuq gülümsəməyə, nə baş verdiyini hələ də bilməyən balalarımıza görə... Ürəyimin ən böyük yarasını dondurdum, bu günahsızlar üçün, təki sizin üzünüz gülsün, xoşbəxt böyüyün”, - deyə, aparıcı əlavə edib.
Xatırladaq ki, aparıcının qardaşı Əlihüseyn Əlizadə ötən ilin avqustunda qəzaya düşərək vəfat edib.
Türkan
Sfera.az