İrem Derici: Çox pis aldadıldım!

Maqazin
23:47 / 03.01.2022
4169
Türkiyəli müğənni İrem Derici Yeni İl gecəsi qonaq olduğu "İbo Show"da gündəmi sarsıdan etiraf edib.
Sfera.az xəbər verir ki, ötən ilin noyabrında müğənni sevgilisi Cem Belevi tərəfindən aldadıldığı deyilən Derici ad çəkmədən şayiələri təsdiqləyib.
"Bəli, 3-4 ay əvvəl pis aldadıldım. Mən onları tutmadım, onlar özlərini elə verdilər. Ağıllı qadınam başa düşdüm. Allah cəzalarını verəcək”, - İ. Derici bildirib.
Turan Rzayev