Səhnəyə sərxoş çıxdığı deyilən müğənni hər kəsdən gizlətdiyi xəstəliyini AÇIQLADI

Maqazin
19:50 / 03.01.2022
4699
Yeni il gecəsi səhnəyə çıxan türkiyəli müğənni Tuğba Özerk gündəm olub.
Sfera.az xəbər verir ki, pərəstişkarlarının çəkdirdiyi görüntülər sosial şəbəkədə yayılandan sonra müğənninin səhnəyə sərxoş çıxdığı iddia edilib.
Özerk pis şərhlərə dözə bilməyib hamıdan gizlətdiyi xəstəliyini açıqlayıb:
"Bir müddətdir mübarizə apardığım, hər kəslə, hətta zaman-zaman özümlə də paylaşmadığım, qəbul etməkdə çətinlik çəkdiyim hipofiz vəzinin makroadenoması diaqnozu qoyulmuş bir xəstəliklə mübarizə aparıram. Bu şiş səbəbiylə görmədə çətinliklər, idrak zədələnməsi riski altında bir həyatım var.
Ən yaxın qohumlarımdan başqa heç kimin bilmədiyi bu vəziyyəti bölüşməyimin səbəbi, hər kəsin qəbul etməli olduğu məhkəməsiz edamla yaraya duz vurmaq ləzzətindən imtina etməkdir. İçində olduğum bu özəl vəziyyətin öhdəsindən gəlməyə çalışarkən, aşiq olduğum işi görməyə çalışıram”.
Turan Rzayev