DİN-dən əməliyyat - 44 nəfər saxlanıldı + FOTO

DİN-dən əməliyyat - 44 nəfər saxlanıldı + FOTO

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir ay ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, oğurluq, hədə-qorxu ilə pul tələb etmə və adam oğurluğu cinayətləri edən ümumilikdə 44 nəfər saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, həmin şəxslərdən 36-ı narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.

 

Qanunsuz dövriyyədən ümumilikdə 20 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və marixuana, eləcə yaş çəkisi 100 kiloqram olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 318 ədəd çətənə bitkiləri çıxarılıb.

 

Həmçinin, qeyd edilən dövr ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı evlərdən, apteklərdən və mağazalardan oğurluqlar edən 3, rayon sakini olan bir nəfərə hədə-qorxu gələrək pul tələb edən 2 və adam oğurluğu cinayəti törədən 3 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.

 

Aşkar edilən bütün faktlarla əlaqədar Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...