Bakıda çimərlikdə gənc oğlan bıçaqlandı

Kriminal
10:58 / 16.07.2023
3423
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Şağan çimərliyində qeydə alınıb.
Belə ki, 1996-ci il təvəllüdlü Rəhimov Mircavad Cəbrayıl oğlu dava zamanı bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Fakt üzrə araşdırma aparılır.