Azərbaycanlı iş adamı sifarişlə necə öldürülüb? - Film kimi cinayət
2019-cu ildə Rusiyanın Arxangelsk şəhərində öldürülən 27 yaşlı azərbaycanlı iş adamı Hüseynov Ruslan Arif oğlunun qətlinin sifarişli olduğu müəyyənləşib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdə Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadəyə hökm oxunub. Qətlin təşkilatçısı Varis Səmədov 16 il 6 ay, Məhəmməd Lətifov 15 il, Şahin Qasımzadə isə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət hadisəsinə gəlincə, Ağdaşda