Gənclər daha çox hansı cinayətləri törədir? – STATİSTİKA

Gənclər daha çox hansı cinayətləri törədir? – STATİSTİKA

Azərbaycanda son 20 ildə gənclərin sayı azalsa da, gənclər tərəfindən törədilən cinayətlərin sayında artım müşahidə edilib. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2000-ci illə müqayisədə 2021-ci ildə gənclərin sayı 25 min nəfər azalaraq 2,245 milyon olub. 


Gənclərin sayı ötən dövrdə azalsa da, onlar tərəfindən törədilən cinayətlərin sayı bu müddətdə 4900-dən 6305-ə yüksəlib.


Bəs gənclər tərəfindən törədilən hansı cinayətlərin sayında artım var?


Müqayisə edilən dövrdə 2 cinayət əməlinin daha çox artması müşahidə edilib. Bunlar narkotik vasitәlәrin vә psixotrop maddәlәrin qanunsuz dövriyyәsi ilә bağlı cinayәtlәr, həmçinin nәqliyyat vasitәlәrinin istismarı qaydalarını pozma halları ilə bağlı cinayətlərdir.


2000-ci ildə narkotik vasitәlәrin və psixotrop maddәlәrin dövriyyəsinə görə 596 cinayət faktı qeydə alındığı halda, ötən il 1607 cinayət faktı qeydə alınıb. Ötən müddətdə bu cinayətlərin sayında 2,7 dəfə artım baş verib. 


Nәqliyyat vasitәlәrinin istismarı qaydalarını pozma halları üzrə 2000-ci ildə 191 cinayət faktı olduğu halda, ötən il 677 fakt qeydə alınıb. Son 21 il ərzində bu növ cinayətlər 3,54 dəfə artıb.


Gənclərin nəqliyyat vasitələrinin istismarı zamanı yol verdikləri cinayət əməlləri ilə əlaqar zәrәrçәkәnin ölümü ilә nәticәlәnәn faktların sayı isə 2 dəfədən çox artaraq 149-a çatıb. 


Qeyd edilən cinayət növlərindən başqa gənclər tərəfindən dələduzluq əməlləri də artıb. Müqayisə edilən müddətdə dələduzluq əməllərinin sayı 88 vahid artaraq 197-yə yüksəlib. 


Gənclərin törətdiyi bir çox cinayət faktlarında isə azalma baş verib. 


Sayı azalan cinayət növləri arasında qəsdən adam öldürmə 149-dan 90-a, zorlanma və ya zorlanmaya cəhd 17-dən 5-ə, quldurluq 116-dan 56-ya, xuliqanlıq 568-dən 248-ə enib. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...