Xoşqədəm Hidayətqızının adının hallandığı məhkəmə iclasında HÖKM OXUNDU

Xoşqədəm Hidayətqızının adının hallandığı məhkəmə iclasında HÖKM OXUNDU

Dələduzluqda təqsirləndirilən Ayxan Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ayxan Məmmədli yeddi il azadlıqdan məhrum edilib.

 

İttihama görə, Ayxan Məmmədli bir neçə nəfərin etibarından sui-istifadə edərək onlardan pul alıb. Təqsirləndirilən şəxs aldığı pulları 10-15 faizlə geri qaytaracağını deyib.

 

Ayxan Məmmədli zərərçəkmiş şəxslərə sosial evlərdən mənzil almaq, həbsdən adam çıxarmaq, tibb sertifikatı almaqla bağlı vədlər verib. O, ümumilikdə 300 min manatdan artıq pulu dələduzluqla ələ keçirməkdə ittiham olunur.

 

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmişlərin əksəriyyətinin dedikləri ilə razılaşmayaraq dəymiş ziyanın çoxunu geri qaytardığını deyib.

 

İttihamda o da qeyd olunub ki, Ayxan Məmmədli ARB telekanalının aparıcıları Elgiz Əkbər və Xoşqədəm Hidayətqızının adından istifadə edərək zərərçəkmişlərdən pul istəyib. Zərərçəkmiş şəxs Gülşən Seyidova istintaqda deyib ki, Ayxan Məmmədli söz verib ki, Xoşqədəm Hidayətqızı onun daun sindromlu nəvəsini başqa ölkəyə müalicəyə göndərəcək. Bunun müqabilində ondan 3 min manat pul alıb. Həmin pulu da sələmlə geri qaytaracağını deyib.

 

Məhkəmədə məlum olub ki, cinayət işi ilə bağlı Xoşqədəm Hidayətqızı da istintaqda ifadə verib. Aparıcı onun adından deyilənləri təkzib edib.

 

İttiham olunan şəxs Elgiz Əkbərin aparıcılıq etdiyi verilişdə çalışdığını desə də, onun və Xoşqədəm Hidayətqızının adından istifadə etdiyini boynuna almayıb.


OXŞAR XƏBƏRLƏR

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...