Dəhşətli qətl: Bacısı oğlu xalasını öldürdü
Kateqoriya məlum deyil
Gəncə şəhərində 88 yaşlı qadın qətlə yetirilib.
Sfera.az xəbər verir ki, oktyabrın 28-də Gəncə şəhəri, H.Z.Tağıyev küçəsində yaşayan 1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda qocalığa görə ölməsi ilə bağlı yaxınlarına məlumat verilib.
Polis əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib.
Şübhəli şəxs saxlanılaraq istintaqa cəlb edilib.\\oxu.az






