"Onlar da vergiyə cəlb olunsun" - Deputatdan TƏKLİF

"Onlar da vergiyə cəlb olunsun" - Deputatdan TƏKLİF
Kateqoriya məlum deyil
T

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hikmət Məmmədov sosial şəbəkə platformalarının fəaliyyətinin vahid qanunla tənzimlənməsini təklif edib.

Sfera.az xəbər verir ki, deputat rəqəmsal suverenlik məsələsinə diqqət çəkərək sosial şəbəkə platformalarının informasiya məkanına təsir etdiyini bildirib.

“Bizim rəqəmsal suverenliyimizi pozan əsas platformalar sosial şəbəkə platformalarıdır. Onlar Azərbaycan bazarına daxil olurlar, müxtəlif növ fəaliyyətlərlə məşğul olurlar, informasiya məkanımızda bizim informasiya suverenliyimizi pozurlar, milli düşüncə və tarixi düşüncə platformalarımızda milli düşüncəni, ideoloji düşüncəni manipulyasiya edirlər”, - deyə Hikmət Məmmədov bildirib.

Deputat sosial şəbəkə şirkətlərinin Azərbaycanda hüquqi məsuliyyətinin müəyyənləşdirilməsini təklif edib.

“Yaxşı bir qanun layihəsi hazırlayıb, ilk növbədə bu şirkətlərin Azərbaycanda məsuliyyətini müəyyənləşdirməliyik. Hansı hüquqi məsuliyyət daşıyırlar, hansı dezinformasiyaya, hansı manipulyasiyaya, hansı ideoloji təxribata görə hansı məhdudiyyətlər tətbiq edə bilərik”, - deputat qeyd edib.

H.Məmmədov həmçinin sosial şəbəkə platformalarının Azərbaycandan əldə etdiyi gəlirlərin vergiyə cəlb olunması məsələsinin də qanunla tənzimlənməsini təklif edib. Onun sözlərinə görə, belə mexanizmlər platformaların mümkün qanun pozuntularına görə maddi məsuliyyət daşımasına imkan verə bilər.

Deputat təkliflərinin payız sessiyasının və ya gələcək sessiyaların iş planına daxil edilməsini istəyib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR