Azərbaycanın kondisioner idxalı 40 % azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 20,5 milyon ABŞ dolları dəyərində 80 min 441 ədəd kondisioner idxal edib.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən həm dəyər ifadəsində, həm də kəmiyyət olaraq 40 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 18,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % az) 72 min 830 ədəd (-43 %), Özbəkistandan 1,3 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 4 min 943 ədəd (+2,3 dəfə), Tailanddan 1 milyon ABŞ dolları dəyərində (+13 %) 2 min 300 ədəd (-27 %), Türkiyədən 53 min ABŞ dolları dəyərində (-50 %) 4 ədəd (-56 %), Almaniyadan 33 min ABŞ dolları dəyərində 280 ədəd (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 3 il 8 aylıq ardan sonra Tayvandan (1,7 min ABŞ dolları dəyərində 6 ədəd) və 2 il 4 aylıq fasilənin ardından İsveçdən tədarükü (5,3 min ABŞ dolları dəyərində 1 ədəd) bərpa edib.
