Logo

Torpaq sənədi olanlar üçün yenilik: Hüquqların qeydiyyatı dəyişə bilər

Torpaq sənədi olanlar üçün yenilik: Hüquqların qeydiyyatı dəyişə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda torpaq sahəsinin planı və ölçüsü sənədinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilməsi təklif olunur.

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas sayılan sənədlərin siyahısı genişləndiriləcək. Belə ki, torpaq sahəsinin planı və ölçüsü sənədi də həmin siyahıya daxil ediləcək. Həmin sənədin hansı hallarda dövlət qeydiyyatı üçün əsas hesab olunacağı isə müvafiq səlahiyyətli qurum tərəfindən müəyyənləşdiriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR