Dövlət Statistika Komitəsi
Şəmkirdə idarə rəisi vəfat etdi
Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib. Sfera.az xəbər verir ki, mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib. Məlumat üçün bildirək ki, Ş. Həsənov uzun illər Şəmkir Rayon Statistika İdarəsinin rəis müavini, son üç ildə isə rəisi vəzifəsində çalışıb (Qafqazinfo).
Cəmiyyət21.11.2026 22:51
Dərmanlara xərclənən pul 21,5% artıb – Qiymətlər niyə yüksəlir?
Azərbaycanda dərman və tibbi ləvazimatların satışına xərclənən vəsait artır. Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatların satışı 1 milyard 386,4 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz çoxdur. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə istehlakçıların aldığı mallara xərclədiyi ümumi vəsaitin 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların
Sağlıq13.10.2026 21:41
Yük daşımaları artır – Ucuzlaşma olacaq?
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda 183,1 milyon ton yük daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. Sfera.az bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı sahəsində göstərilən xidmətlərin real həcmi 10 faiz artaraq 12 milyard 816,6 milyon manata çatıb. Göstərilən xidmətlərin 7 milyard 652,2 milyon manatı yük daşınmasının payına düşüb. Bu sahədə avtomobil nəqliyyatı üstünlük
İqtisadiyyat13.10.2026 21:21
Azərbaycanda ölənlərin sayı niyə artıb? - AÇIQLAMA
Bu ilin yanvar-iyun aylarında ölkədə 30625 ölüm halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb. İldən-ilə ölüm hallarının artmasının əsas səbəbləri nələrdir? Bu artım gələcək üçün hansı siqnalları verir? Sfera.az -a bu haqda açıqlama verən səhiyyə eksperti, həkim-terapevt Rasif Bağırov xəstəliklərlə bağlı ölüm hallarının hansı səbəbdən artıdığını və
Cəmiyyət19.08.2026 12:37
Azərbaycanın kondisioner idxalı 40 % azalıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 20,5 milyon ABŞ dolları dəyərində 80 min 441 ədəd kondisioner idxal edib. Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən həm dəyər ifadəsində, həm də kəmiyyət olaraq 40 % azdır. Hesabat dövründə Azərbaycan Çindən 18,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % az) 72 min 830 ədəd (-43 %), Özbəkistandan 1,3 milyon ABŞ dolları dəyərində
İqtisadiyyat09.07.2026 20:51
Prezident fərman imzaladı
Azərbaycanda ərazilərin tam bərpa edilməsindən sonra ilk dəfə ölkənin bütün ərazisini əhatə edəcək yeni sosial-demoqrafik qiymətləndirmə və əhalinin siyahıyaalınması həyata keçiriləcək. Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, ölkədə növbəti əhalinin siyahıyaalınması 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.
Siyasət07.07.2026 18:58






