Formula 1 Azərbaycan Qran-prisində əsas yarış başladı - CANLI
İyunun 6-da saat 16:00-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib. Sfera.az xəbər verir ki, Qran-Pridə hər birində iki pilot olan on komanda mübarizə aparır. Ötən gün keçirilmiş sıralanma yürüşünün nəticələrinə əsasən pilotların düzülüşü aşağıdakı kimidir: Şarl Lekler ("Ferrari”), Luis Hamilton ("Mercedes”), Maks Ferstappen ("Red Bull Racing Honda”), Pyer Qasli ("AlphaTauri”), Karlos Sayns ("Ferrari”), Serxio Peres ("Red Bull Racing Honda”), Yuki Tsunoda