"Qarabağ" Qara Qarayevlə müqaviləni uzatdı
Kateqoriya məlum deyil
"Qarabağ" klubu futbolçusu Qara Qarayevlə müqavilə müddətini uzadıb.
Sfera.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin sözləşməsi daha iki il artırılıb.
Azərbaycan millisinin üzvü bölgə klubunun heyətində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.






