Nobel Arustamyana akkreditasiya verilməmə səbəbi AÇIQLANDI – Erməni olduğuna görə deyil...

Nobel Arustamyana akkreditasiya verilməmə səbəbi AÇIQLANDI – Erməni olduğuna görə deyil...
"Bir neçə gündən sonra bütün dünyanın diqqəti Azərbaycana - Bakıda keçiriləcək Avro-2020 oyunlarına yönələcək. Son günlər müzakirə predmetinə çevrilən məsələ Rusiyanın "Matç TV” kanalının şərhçisi Nobel Arustamyanın Bakıda keçiriləcək oyunları izləyə bilməsi üçün akkreditasiya ala bilməməsidir. Halbuki bu qadağa onun etnik mənşəyinə görə deyil, Azərbaycan qanunlarını pozduğuna görə qoyulub”.

Sfera.az xəbər verir ki, bu fikirləri "Report”a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov erməni jurnalistin Bakıya gələ bilməməsini şərh edərkən deyib.

Cavid Osmanov
Cavid Osmanov

Deputat bildirib ki, o, vaxtilə Dağlıq Qarabağ Ermənistanın işğalı altında olduğu dövrdə N.Arustamyan dəfələrlə bu ərazilərə icazəsiz səfər edib, oradan şəkillər paylaşıb: "Həmin dövrdə onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına daxil edildi və belə şəxslər Azərbaycana buraxılmırdı”.

C.Osmanov qeyd edib ki, Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə erməni əsilli şəxslərin iştirakı və təhlükəsizliyi təmin olunub: "Bu məsələ hər zaman beynəlxalq hüquq və qanunlar çərçivəsində həll olunub”.

Qeyd edək ki, qaydalara görə UEFA akkreditasiyanı bir jurnalistə təşkilatçı ölkələrin hamısının razılığı olduqdan sonra verir. Əgər təşkilatçı olan hansısa ölkə jurnalistə akkreditasiya verməkdən imtina edirsə, o zaman qitə futbol qurumu həmin jurnalisti qeydiyyata almır.


OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...