Logo

AFFA yenə "Qəbələ"yə maliyyə yardımı edəcək

AFFA yenə "Qəbələ"yə maliyyə yardımı edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
AFFA Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündə də iştirakı üçün "Qəbələ" klubuna maliyyə yardımı göstərəcək.

Bu barədə Sfera.az-a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib.

Onun sözlərinə görə, milli assosiasiya ötən mövsüm olduğu kimi, qarşıdakı mövsümdə də bölgə klubuna maddi dəstək verəcək: "Bəli, maliyyə yardımı gözlənilir. Amma məbləğ yaxın günlərdə bəlli olacaq. Bununla bağlı AFFA-nın özü rəsmi açıqlama verəcək".

Qeyd edək ki, AFFA ötən mövsüm "Qəbələ"yə 1 500 000 milyon, "Zirə"yə 500 000, "Sumqayıt"a 300 000, "Səbail"ə isə 200 000 manat vəsait ayırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR