Formula 1 Azərbaycan Qran-prisində əsas yarış başladı - CANLI

Formula 1 Azərbaycan Qran-prisində əsas yarış başladı - CANLI
İyunun 6-da saat 16:00-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib.

Sfera.az xəbər verir ki, Qran-Pridə hər birində iki pilot olan on komanda mübarizə aparır. Ötən gün keçirilmiş sıralanma yürüşünün nəticələrinə əsasən pilotların düzülüşü aşağıdakı kimidir: Şarl Lekler ("Ferrari”), Luis Hamilton ("Mercedes”), Maks Ferstappen ("Red Bull Racing Honda”), Pyer Qasli ("AlphaTauri”), Karlos Sayns ("Ferrari”), Serxio Peres ("Red Bull Racing Honda”), Yuki Tsunoda ("AlphaTauri”), Fernando Alonso ("Alpine”), Lando Norris ("McLaren”), Valtteri Bottas ("Mercedes”), Sebastian Fettel ("Aston Martin”), Esteban Okon ("Alpine”), Daniel Rikkardo ("McLaren”), Kimi Raykkonen ("Alfa Romeo”), Corc Rassel ("Williams”), Nikolas Latifi ("Williams”), Mik Şumaxer ("Haas”), Nikita Mazepin ("Haas”), Lens Stroll ("Aston Martin”) və Antonio Covinatsi ("Alfa Romeo”).
Pilotlar uzunluğu 6 kilometr, yürüş marşrutunun ümumi məsafəsi isə 306 kilometr olan Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vuracaqlar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
 


OXŞAR XƏBƏRLƏR

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...

"Azərtac"dan TASS-ın Xankəndi ilə bağlı təxribatçı addımına - CAVAB

"Azərtac" xəbər agentliyi iyulun 31-də Rusiya Federasiyasının TASS xəbər agentliyində “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlığ...

Yevlaxda ailə faciəsi - Ata ilə qızının meyiti tapıldı

Yevlaxda evdən ata və qızının meyiti tapılıb.   Sfera.az-ın xəbərinə görə, hadisə rayonun Aran qəsəbəsində baş verib.    Rayon s...

Messi onun debütündən danışdı: "Bu istidə, rütubətdə…"

Lionel Messi Argentina millisində komanda yoldaşı Rodriqo De Paulun “İnter Mayami”də debüt oyunundan danışıb.   Amerika klubu “Atla...

“Barbie” dizaynerləri İtaliyada avtomobil qəzasında həlak oldular

“Barbie” brendi üçün kolleksiya kuklaları yaradan və Madonnadan ilham alan Mario Paglino və Gianni Grossi İtaliyada avtomobil qəzasında həlak olubla...

Rusiyanın Kiyevə hücumu: Ölənlərin sayı artdı - ŞOK RƏQƏMLƏR

Rusiyanın Kiyevə həyata keçirdiyi hücum nəticəsində 15 nəfər həyatını itirib.   Sfera.az xəbər verir ki, ölənlər arasında 6 yaşlı uşaq və 17 yaş...