“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Kateqoriya məlum deyil
“Qarabağ”ın əvəzedici komandası yoxlama matçında məğlub olub.
Sfera.az xəbər verir ki, Maksim Medvedevin rəhbərlik etdiyi komanda “Akas”ın U-19 kollektivi ilə qarşılaşıb.
Görüş Qazaxıstan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Qarabağ-2” Əvəzedicilər Liqasında 8 turdan sonra 21 xalla 2-ci pillədə qərarlaşıb.






