Mbappenin Arda Gülərə şərhi gündəm oldu - FOTO
Kateqoriya məlum deyil
“Real Madrid” Arda Gülərin müqaviləsini 2032-ci ilədək uzadıb. Bu qərara komanda yoldaşı Kilian Mbappedən də maraqlı reaksiya gəlib.
Sfera.az xəbər verir ki, 21 yaşlı türkiyəli futbolçunun yeni müqaviləsi ilə bağlı paylaşımına şərh yazan fransalı hücumçu zarafatından qalmayıb. Mbappe Ardaya “Təşəkkürlər, bu gecə daha rahat yatacağam” sözləri ilə müraciət edib.
Onun bu şərhi sosial şəbəkələrdə diqqət çəkib.
Qeyd edək ki, Arda Gülər 2023-cü il iyulun 6-da “Real Madrid”ə transfer olunub.
İradə Elsevər

Açar sözlər:






