Məşhur futbolçu karyerasını bitirdi
Kateqoriya məlum deyil
Argentina millisinin və İspaniyanın "Sevilla” klubunun sabiq futbolçusu Ever Banega 38 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi qərarını açıqlayarkən futbol həyatının yeni mərhələsinə başladığını bildirib:
"Artıq həyatımın yeni mərhələsi başlayır. Bu dəfə futboldan meydandan kənarda zövq almaq istəyirəm. İndi başqa işlərlə məşğul olmağın vaxtıdır”.
2007-ci ildə "Boka Xuniors”da peşəkar karyerasına başlayan Banega sonradan "Valensiya”, "Atletiko Madrid”, "Nyuelz Old Boyz”, "Sevilla”, "İnter”, "Əl-Şabab” və "Defensa” klublarında çıxış edib.\\azxeber.com






