Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı
Bakıda supermarketdən alınan konservləşdirilmiş xiyar turşusunun içindən milçək çıxdığı iddia olunur. Bakı sakini bildirib ki, ötən gün (15 sentyabr) saat 17:36-da Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən "Neptun" supermarketdən xiyar turşusu alıb. Vətəndaşın sözlərinə görə, sözügedən məhsul "TALA" brendi ilə satılan xiyar turşusudur. İstehlakçının sözlərinə görə, məhsulu evdə açaraq istifadə etmək istəyərkən bankadakı xiyarları doğrayıb. Daha sonra xiyarın içindən milçək