Xırdalanda evdə partlayış olub, 1 nəfər ölüb

Xırdalanda evdə partlayış olub, 1 nəfər ölüb
Kateqoriya məlum deyil
T

Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva Abşeron rayonunun Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Bu barədə Sfera.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR