Logo

Lənkəranda avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var

Lənkəranda avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Lənkəranda “Mercedes Vito” markalı sərnişin avtomobili TIR-la toqquşub.

Sfera.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan, 99-SU-026 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı sərnişin avtomobili İran İslam Respublikasına gedən TIR markalı iri tonnajlı yük avtomobilinin arxasına çırpılıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək./teleqraf

Fotolar4
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR