Logo

Cəlilabadda ev yanıb

Cəlilabadda ev yanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cəlilabad rayonunda yaşayış evində yanğın baş verib.

Sfera.az xəbər verir ki, hadisə rayonun Közbulaq kəndində, kənd sakini Yaqub Yaqubova məxsus evdə qeydə alınıb.

Alov qısa müddətdə evi bürüyüb və 104 kvadratmetrlik tikili tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Kənd sakinləri və hadisə yerinə gələn FHN-in texnikası, canlı qüvvəsinin müdaxiləsi nəticəsində yanğının ətrafdakı ərazilərə və digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.\\apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR