ABŞ-də helikopter qəzası baş verdi

ABŞ-nin Los-Anceles şəhərində faciəvi helikopter qəzası baş verib. San Fernando Vadisinin Çatsvort bölgəsində baş verən avtobus qəzasını lentə alan xəbər helikopteri hələlik məlum olmayan səbəbdən yerə düşüb. Hadisə nəticəsində ən azı 3 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.
Sfera.az xəbər verir ki, yerli vaxtla saat 18:57-də baş verən qəzadan sonra helikopterdə yanğın başlayıb.
Yanğınsöndürənlərin müdaxiləsi ilə alov söndürülüb. Los-Anceles Yanğınsöndürmə Departamenti hadisə yerində 3 nəfərin meyitinin aşkarlandığını açıqlayıb.
Yaralanan 1 nəfərin xəstəxanaya çatdırıldığı bildirilib. Qəza nəticəsində ölənlərin kimliyi ilə bağlı hələlik ətraflı məlumat verilməyib.
Qəzanın səbəbi isə hələ müəyyən edilməyib. Los-Anceles polisi ilə yanaşı, Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başladığı bildirilib.
İradə Elsevər






