Logo

Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var – Foto

Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var – Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada iki azərbaycanlı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Sfera.az xəbər verir ki, hadisə Moskva-Çelyabinsk magistral yolunun 1 230-cu kilometrliyində, Severnı rayonunda baş verib.

İlkin məlumata görə, “Ford Focus” markalı avtomobilin sürücüsü ötmənin qadağan olunduğu yerdə qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. Sərnişin isə təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı polis əməkdaşları araşdırma aparırlar./oxu.az

Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var – Foto
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR