Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Kateqoriya məlum deyil
T
Gəncədə iki avtomobil toqquşub.
Sfera.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.
Qəza nəticəsində 1998-ci il təvəllüdlü O.Hüseynova, 2021-ci il təvəllüdlü J.Hüseynova və 2019-cu il təvəllüdlü U.Məmmədova xəsarət alıblar.
Yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.






