Gəncə
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Gəncədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) daxili nəzarət departamenti tərəfindən aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları və nöqsanlar aşkarlanıb. Sfera.az bildirir ki, iki həftə davam edən yoxlamalar Gəncə şəhər Abbas Səhhət adına Xəstəxananın poliklinika şöbəsində, Zülfüqar Məmmədov adına Xəstəxanada, həmin tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən 2 saylı poliklinikada, eləcə də Gəncə Endokrinoloji Xəstəliklər Xəstəxanasında aparılıb. Yoxlamalar nəticəsində
Cəmiyyət04.11.2026 22:24
"Gəncə Mall"da oğurluq
Gəncədə bir şəxs eyni mağazadan dəfələrlə bahalı ətir və kosmetika məhsulları oğurlayıb. Onun "Chanel" və "Michael Kors" markalı ətirləri, eləcə də üz kremi talaması nəticəsində şirkətə 3 671 manat ziyan dəyib. Sfera.az xəbər verir ki, hadisələr Gəncə şəhəri, Heydər Əliyev prospekti, 433 ünvanında yerləşən "Gəncə Mall" ticarət mərkəzində fəaliyyət göstərən "Adore Kompani" MMC-yə məxsus "Adore Parfumery & Cosmetics" mağazasında baş verib. Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs
Hadisə21.10.2026 20:47
Həbsdə olan 2 vəkil azadlığa buraxıldı
Həbsdə olan Tovuz Vəkil Bürosunun sədri Rəşad Abdullayev və vəkili Süleyman Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Sfera.az bildirir ki, bu barədə e-huquq.az -a vəkil Sadir Ağakişiyev məlumat verib. Onun sözlərinə görə, Gəncə Apellyasiya Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə hökmdən verilən şikayətlər təmin olunub və yekun qərar qəbul edilib. Qərara əsasən, onların təqsirləndirildiyi Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi Cinayət
Cəmiyyət30.09.2026 19:27
Gəncədə güllələnmə oldu: Yaralanan var
Gəncədə sakini silahdan açılan atəş nəticəsində xəsarət alıb. Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini Z.Əsgərov qohumunun tir tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Kriminal23.09.2026 19:22
Bakının bu rayonu qaranlığa qərq oldu
Bakının Xətai rayonu, Gəncə prospektində yerləşən bir sıra çoxmərtəbəli binalarda elektrik enerjisi kəsilib. Sfera.az xəbər verir ki, bu barədə Bakupost.az -a sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, təxminən, saat 21 radələrində bir neçə binada eyni vaxtda işıqlar sönüb. Hazırda elektrik enerjisinin kəsilməsinin səbəbi və bərpa olunacağı vaxt məlum deyil.
Hadisə08.09.2026 21:57
Gəncədə 1 dəqiqəlik sükut olacaq
Misli Premyer Liqasının V turunun “Kəpəz” – “Qəbələ” oyunu 1 dəqiqəlik sükutla başlayacaq. Sfera.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. Qarşılaşmanın start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə stadionunda 1 dəqiqəlik sükut elan olunacaq. Bununla bağlı “Kəpəz” rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciətinə müsbət cavab verilib. Bir dəqiqəlik sükut zamanı həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.
Cəmiyyət08.09.2026 20:58
Gəncədə işdən çıxarılan direktor yeni vəzifəyə təyin olundu
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının sabiq direktoru İlkin İsmayılov yeni vəzifəyə təyin olunub. Sfera.az bildirir ki, o, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində müəllim, fakültənin nəzdində fəaliyyət göstərən klinikada isə cərrah kimi fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, İ. İsmayılov bir neçə ay öncə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsindən azad edilmişdi./teleqraf
Cəmiyyət01.09.2026 19:34
Gəncədə ev yandı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 310kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində baş vermiş yanğın genişlənərək
Hadisə30.08.2026 23:41
Gəncədə 25 yaşlı gəncin meyiti tapılıb
Gəncədə 2001-ci il təvəllüdlü oğlanın meyiti tapılıb. Sfera.az xəbər verir ki, Mətləb Alıyevin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Hazırda 25 yaşlı gəncin ölüm səbəbi araşdırılır. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Hadisə19.08.2026 19:41
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncədə iki avtomobil toqquşub. Sfera.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yeni Gəncə yaşayış massivi ərazisində baş verib. Qəza nəticəsində 1998-ci il təvəllüdlü O.Hüseynova, 2021-ci il təvəllüdlü J.Hüseynova və 2019-cu il təvəllüdlü U.Məmmədova xəsarət alıblar. Yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Hadisə17.08.2026 22:36
Gəncədə avtomobil iki piyadanı vurub
Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. "Maercedes" markalı avtomobil yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Seymur Məmmədov və 1973-cü il təvəllüdlü Elçin Şirinovu vurub. Hər iki şəxs xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətləri orta ağırdır. Faktla bağlı araşdırma başlanılıb.
Hadisə11.08.2026 18:35
Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU
Gəncədə restoranda baş verən qətlə görə 7 nəfər həbs olunub. Sfera.az xəbər verir ki, buna səbəb həmin şəxslərin hadisə baş verən an iaşə obyektində xuliqanlıq əməllərinə yol vermələridir. Məlumata əsasən, qətl hadisəsi baş verəndən dərhal sonra hüquq-mühafizə orqanlarının əməkdaşları “Günəş” restoranına gəliblər. Polis əməkdaşı qətlin şahidi olan bu gəncləri prokurorluğa ifadə verməyə çağırıb. Lakin onlar üzrlü səbəbləri olmadığı halda ifadə verməkdən boyun qaçırıblar və polisin qanuni
Kriminal11.08.2026 18:05
Kürdə batan 17 yaşlı qız Azərbaycan çempionu imiş... – TƏFƏRRÜAT
Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub. Sfera.az xəbər verir ki, suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş. Qızın nənəsi Gülnaz Məmmədova bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: “Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girdi”. Nənəsi onu da
Hadisə10.08.2026 13:25














