Culfada avtomobil piyadanı vurdu
Kateqoriya məlum deyil
Culfada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Culfa şəhərində baş verib.
Avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Cəfərova Xədicə Rəşad qızını vurub. Xəsarət alan 72 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.






