Hüseyn Abdullayevin işi hərbi məhkəmədə
Sabiq deputat Hüseyn Abdullayev və onunla ittiham olunan şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. H. Abdullayev, anası Zeynəb Abdullayeva və digərləri barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun icraatına verilib. Cinayət işi üzrə Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevadan başqa Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və