DİN əməliyyat keçirdi: saxlanılanlar var
Kateqoriya məlum deyil
Noyabrın 3-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması polis tərəfindən təmin olunub.
Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.






