İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur...”
"Cənab Prezident, işlər çox yaxşı gedir. Bu gün artıq rayonun hər yerində, həmçinin Qaraçuxurda qaz, su, işıq problemləri yoxdur, hamısı gözəldir”. "Yeni Sabah” xəbər verir ki, bunu Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov prezident İlham Əliyev bu gün Qaraçuxurda olarkən deyib. Prezidentin "Fasiləsiz?” sualına isə icra başçısı "Bəli, çox gözəldir” cavabı verib. "Rayonumuzun əhalisinin 40 faizi fasiləsiz su ilə təmin olunur. Hövsan Sizin həmişə diqqətinizdə olan ərazidir.