Azərbaycanlılar Gürcüstanda etiraz aksiyası keçirdillər

Azərbaycanlılar Gürcüstanda etiraz aksiyası keçirdillər
 

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində yerli sakinlər etiraz aksiyası keçiriblər. Əhali kənddə otlaq sahələrinin fərdi şəxslərə satılmasına etiraz ediblər.

 

Etirazçılar bildiriblər ki, onların yeganə gəlir mənbəyi maldarlıqdır və otlaqlara alternativ sahələr yoxdur. Onların sözlərinə görə, Gürcüstanda prezident seçkiləri öncəsi 16 hektarlıq otlaq sahələrinin Qaracalar kəndinin mülkiyyətinə veriləcəyi bildirilsə də, daha sonra həmin sahələr fərdi şəxslərə satılıb.

 

Bir neçə gün öncə kənddə otlaq sahələrdən birinin sahibi və sakinlər arasında fiziki qarşıdurma da baş verib. Faktla bağlı araşdırma aparılır.

 

"Report” bildirir ki, Kaxeti bölgəsinin qubernator müavini İrakli Şioşvili aksiya iştirakçıları ilə görüşüb. O, vəziyyətlə tanış olduqdan sonra sakinlərə məsələnin dinc yolla həll olunacağına söz verib.

 

Etiraz aksiyası axşam saatlarına qədər davam edib. İştirakçılar bildiriblər ki, məsələ həll edilməsə, etiraz aksiyalarını dayandırmayacaqlar. Aksiya başa çatsa da, polis əməkdaşları kənddə asayişin qorunmasına cəlb olunub.


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...