Cinayət
445 minlik mənimsəmədə ittiham olunan qadın Bakıya gətirildi
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyədə müəyyən edilən daha bir şəxsin noyabrın 19-da Bakıya ekstradisiyası həyata keçirilib. Sfera.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2019-cu ildə "Rx.Sərdaroğulları Holdinq" MMC-nin direktoru vəzifəsində işləyərkən və eyni zamanda faktiki olaraq baş mühasib vəzifəsini icra edərkən, ona etibar olunmuş özgə əmlakını mənimsəyərək talamaqla, ümumilikdə 445 000
Cəmiyyət19.11.2026 22:10
Bakıdakı qətllə bağlı yeni detallar: "İsgəndər xırıltılı səslə boğazının ağrıdığını dedi"
Nəsimi rayonunda birlikdə kirayədə qaldıqları İsgəndər Əliyevi yatdığı yerdə qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abbasovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub. Sfera.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Fazil Feyzullayevin çalışdığı şirkətin təsisçisi şahid kimi ifadə verib. O, ifadəsində vurğulayıb ki, Fazil
Kriminal18.11.2026 21:39
Baş Prokurorluq məlumat yaydı
Özbəkistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında bildirilib. Məlumata görə, Özbəkistan Respublikasının vətəndaşı, 2000-ci il təvəllüdlü Mahmudov Muzaffar Mavdudoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Özbəkistan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan xüsusilə külli miqdarda
Cəmiyyət18.11.2026 18:56
Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi
Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub. Sfera.az xəbər verir ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkəmə zərərçəkmiş tərəfin mülki
Cəmiyyət18.11.2026 18:42
DİN əməliyyat keçirdi: saxlanılanlar var
Noyabrın 3-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması polis tərəfindən təmin olunub. Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət
Gündəm04.11.2026 23:22
Nazirliyin vəzifəli şəxsi həbs edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin Nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq cinayət işi başlanıb. Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ilkin istintaq-əməliyyat tədbirləri ilə 2025-2026-cı illərdə Nazirliyin Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı
Kriminal02.11.2026 21:07
Qərar qəbul edildi: Bu şəxslər vaxtından əvvəl azad ediləcək
Ali Məhkəmənin Plenumu məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz olunması, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsinə dair məhkəmə təcrübəsini əhatə edən qərar qəbul edib. Lakin bu qərar bəzi suallar doğurub. Maraqlıdır, şərti olaraq vaxtından əvvəl azad edilmə zamanı məhkəmələr hansı meyarları nəzərə ala bilərlər? Cəzanın daha yüngül cəza növü ilə əvəz olunması
Cəmiyyət02.11.2026 13:20
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkildə açıqlanmayıb. Sfera.az xəbər verir ki, bu barədə “Tokyo Reporter” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Oşimanın ölüm xəbəri oktyabrın 19-da Laosda fəaliyyət göstərən Lao ASEAN Leasing Public Company (LALCO) şirkətinin sosial şəbəkə səhifəsində paylaşılıb. Lakin
Kriminal27.10.2026 19:10
Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər
Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Sfera.az xəbər verir ki, 1983, 1987 və 1993-cü il təvəllüdlü şəxslər işlədikləri idarəyə məxsus iki ədəd zibil yeşiklərini oğurlayıblar. Onlardan ikisi fəhlə, digəri isə "Mercedes" markalı zibil maşınının sürücüsüdür. Həmin şəxslər hər birinin dəyəri 500 AZN olan dəmir zibil yeşiklərini oğurlayaraq, metal
Kriminal26.10.2026 22:28
Deputatların ailə üzvləri hansı cinayətləri törədib? - SİYAHI
Milli Məclisin hazırkı və sabiq deputatlarının ailə üzvlərinin adı müxtəlif illərdə qətl, qanunsuz silah saxlama, dələduzluq, mənimsəmə və hakimiyyət nümayəndələrinə qarşı zor tətbiqi ilə bağlı cinayət işlərində hallanıb. Sfera.az xəbər verir ki, bu hadisələr arasında həm məhkəmənin yekun hökm çıxardığı, həm də şəxslərin barəsində cinayət işi başlanması və ya ittiham irəli sürülməsi ilə nəticələnən hallar var. Sonuncu belə hadisələrdən biri Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğlu Əhməd
Siyasət26.10.2026 14:27
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Oktyabrın 23-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis tərəfindən təmin olunub. Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Axtarışda olduğuna görə ümumilikdə 127, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Hadisə24.10.2026 18:33
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatı
25 il əvvəl törədilmiş qətlin üstü açılıb. Bu barədə Sfera.az -a Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən birgə məlumat daxil olub. Bildirilib ki, prokurorluq və daxili işlər orqanları tərəfindən əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Belə ki, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın 30 iyun 2001-ci il tarixdə Bakı şəhərinin Nəsimi rayonu ərazisində qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə icraat təzələnərək Nəsimi rayon prokurorluğu və rayon
Kriminal22.10.2026 18:19
Masazırda avtomobil piyadanı vurub öldürdü
Abşeron rayonunun Masazır kəndində avtomobil piyadanı vuraraq öldürüb. Sfera.az xəbər verir ki, hadisə oktyabrın 19-da "Duzlu göl" adlanan ərazidə baş verib. Belə ki, Vahim Vahidovun idarə etdiyi “Mercedes-Benz Viano” markalı avtomobil piyada Zaur Əzimovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Hadisə21.10.2026 09:55
Taleh Məmmədov barəsində qərar verildi
Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə şübhəli bilinən Taleh Məmmədov barəsində istintaqı tamamlanmış cinayət işi məhkəməyə göndərilib. Bu barədə Sfera.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. İbtidai istintaqla müəyyən edilib ki, Taleh Məmmədov 2026-cı ilin may ayında vətəndaşa məxsus tərəvəz məhsullarının Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyaya daşınması zamanı pul vəsaiti alıb. O, həmin yükün Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində əlavə
Cəmiyyət16.10.2026 19:20
Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...”
Azərbaycanda cəzaçəkmə müəssisəsində baş vermiş və indiyədək ictimaiyyətə məlum olmayan qətl hadisəsinin təfərrüatları məhkəmədə üzə çıxıb. Məhkumu öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə keçirilən prosesdə şahidlərin ifadələri diqqətçəkən məqamlarla yadda qalıb. Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə 7 saylı cəzaçəkmə müəssisəsindən gətirilən şahidlər dindirilib. Məhkəmədə ifadə verən H.T.
Cəmiyyət13.10.2026 19:21
Məktəblərə hücum edənlər: Onları hansı cəza gözləyir?
Hicabla bağlı etirazlar zamanı məktəblərə daxil olmağa cəhd edilməsi, təhsil müəssisələrinin fəaliyyətinə maneçilik törədilməsi və ictimai asayişin pozulması hüquqi məsuliyyət məsələsini gündəmə gətirib. DİN-in məlumatına görə, hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanıb, 37 nəfər həbs edilib. Bəs məktəblərə hücum edənləri hansı cəza gözləyir? Hadisələrdə iştirak edən şagirdlər hansı yaşdan cinayət məsuliyyətinə cəlb oluna bilərlər? Valideynlər övladlarının
Kriminal13.10.2026 13:29
Bakıda qətl törədildi
Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə oktyabrın 4-də saat 22 radələrində Xətai rayonu F.Qəmbərov küçəsində qeydə alınıb. Cəbrayıl rayon sakini əvvəllər məhkum olunmuş 2003-cü il təvəllüdlü Qüdrət Mahmudov münaqişə zəminində Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Arda Qurbanlını bıçaqla öldürüb. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Kriminal05.10.2026 19:35
Cinayət törədən 60 nəfər saxlanılıb
Sentyabrın 30-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 161, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Hadisə01.10.2026 18:32
Bakıda dəhşətli qətl törədilib
Bakıda arvadını öldürən kişi saxlanılıb. Sfera.az -ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Soltanov saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, hadisə Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində baş verib. 48 yaşlı Soltanova Mədinə Hüseynqulu qızı yaşadıqları evdə qətlə yetirilib. Onun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürüldüyü bildirilir. Faktla bağlı
Kriminal28.09.2026 18:26
Polis ötən gün 57 nəfəri saxlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyindən məlumat verib. Bildirilib ki, sentyabrın 25-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Kriminal26.09.2026 21:19
Kamran Əsədov vəkilini dəyişdi - Vaxt istənildi
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovla bağlı məhkəmə prosesi davam etdirilib. Sfera.az xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamran Əsədov vəkilini dəyişdiyini bildirib. Yeni təyin olunan vəkil işlə tanış olmaq üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası oktyabrın 2-nə təyin edilib. Qeyd edək ki, Baş Prokurorluğun
Cəmiyyət24.09.2026 19:39
Naxçıvanda dəhşətli qətl: Nənə nəvəsini öldürüb, tualet quyusuna atdı
Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S.-nin məhkəmə prosesi başa çatıb. Sfera.az xəbər verir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dəhşətli faktlar üzə çıxıb. Məlum olub ki, qadının öldürdüyü körpəni onun öz qızı dünyaya gətirib. 52 yaşlı təqsirləndirilən şəxsin cinayət törətməsinə səbəb isə körpənin nikahdankənar doğulması olub. Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində doğulan uşaq evə aparılarkən avtomobildə boğularaq öldürülüb.
Kriminal23.09.2026 20:45
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub. Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Gündəm19.09.2026 18:49
DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
Hindistanın Uttar Pradeş ştatında bir kişi yatmış arvadını vəhşicəsinə qətlə yetirib. Sfera.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. Cinayət sentyabrın 9-na keçən gecə törədilib. 28 yaşlı Naqma yatarkən əri Pərviz ona bıçaqla hücum edib və başını kəsib. Əməldən sonra kişi özü polis bölməsinə gələrək qətl törətdiyini etiraf edib. Gələn asayiş keşikçiləri meyiti götürərək məhkəmə-tibbi ekspertizasına göndəriblər. İstintaq məlumatına görə, cütlük təxminən 12 il bir yerdə yaşayıb. Bu
Kriminal17.09.2026 23:13
























