Axtarışda
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Oktyabrın 23-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis tərəfindən təmin olunub. Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Axtarışda olduğuna görə ümumilikdə 127, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Hadisə24.10.2026 18:33

