Eldar Mahmudovun əmisi oğlu azadlığa buraxıldı - Foto

Eldar Mahmudovun əmisi oğlu azadlığa buraxıldı - Foto
Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökm əsasən Vüqar Mahmudov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, istintaq dövründə cəza müddətini çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdə həmçinin qeyd edilir ki, V. Mahmudova məxsus əmlaklar müsadirə olunub.

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.   Sfera.az bildirir ki, Mint Batterf...

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Preziden...

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”

“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50...

Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR: "Gözümüzün önündə..."

"Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Məlum olub ki, bu kanallar narkotik vasitələrinin s...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 3

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edib. ...

"ABŞ Çinin qanuni inkişaf hüquqlarını pozmaqda davam edir" - Vanq Yi

“Vaşinqton və Pekin arasında münasibətlərə xələl gətirən mənfi tendensiyalar hələ də artmaqdadır, çünki Birləşmiş Ştatlar Çinin qanuni inkişaf hüquqlarını...