Zelenski Ukrayna ilə bağlı ÜZÜCÜ XƏBƏRİ açıqladı
Ukrayna məsələsi ABŞ üçün prioritet deyil. Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib. “Təəssüf ki, bu gün diqqət mərkəzində deyilik. İran ABŞ üçün bir nömrəli məsələdir, ondan sonra Ukrayna gəlir”, – deyə Zelenski aydınlıq gətirib. Ukrayna liderinin sözlərinə görə, Kiyev “xətdədir”. O əlavə edib ki, Ukrayna hakimiyyəti ABŞ-dan danışıqlar qrupunun gəlişini gözləyir./globalinfo