Yaponiyada təbii fəlakət: 23 nəfər yaralandı

Yaponiyada “Çanmi” tayfunu nəticəsində 23 nəfər xəsarət alıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Fövqəladə Hallar Nazirliyinin funksiyalarını yerinə yetirən Baş Yanğın İdarəsi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində ölkənin cənub, cənub-qərb və qərb bölgələrində yerləşən altı prefekturada insanlar zərər çəkib. Ən ağır vəziyyət Okinava prefekturasında qeydə alınıb. Burada 17 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Məlumata görə, “Çanmi” tayfunu hazırda Sakit okean üzərindən Yaponiyanın əsas adası olan Honsyu yaxınlığında saatda 45 kilometr sürətlə hərəkət edir.
Tayfun hava nəqliyyatında da ciddi problemlərə səbəb olub. Dünən 760-dan çox daxili və 90 beynəlxalq reys ləğv edilib.
Bundan əlavə, 700 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib.
Yaponiya hakimiyyəti əhalini sel və torpaq sürüşməsi təhlükəsi ilə bağlı xəbərdar edib.
İnci
Sfera.az
