Daha bir ölkə sosial media qadağası gətirir

Daha bir ölkə sosial media qadağası gətirir
Kateqoriya məlum deyil
T

İsveç də 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya çıxışı məhdudlaşdırmağa hazırlaşır. 


Sfera.az xəbər verir ki, İsveçdə ötən il sosial media üçün yaş həddinin tətbiqi ehtimalını araşdıran istintaq komissiyası ilk ara hesabatını hökumətə təqdim edib.

 

Hesabatda bildirilirdi ki, sosial mediaya, xüsusən də uşaqlara mənfi təsirlərinə görə, girişi məhdudlaşdırmaq tövsiyə olunur və 15 yaş həddinin təklif olunması təklif olunur.

 

İsveçin sosial işlər naziri Yakob Forssmed milli mediaya verdiyi açıqlamada bu tədbirin uşaqlıq dövrünün bərpası istiqamətində mühüm addım ola biləcəyini bildirib və deyib:

 

"Biz sonsuz bir kitab naminə nəsilləri itiririk".

 

Hesabatda həmçinin qeyd olunur ki, yaş məhdudiyyəti 1 yanvar 2028-ci il tarixindən etibarən qüvvəyə minə bilər.


Vasif
Sfera.az

PAYLAŞ