Belarusdan qorxulu xəbərdarlıq: Qlobal müharibə riski çox yüksəkdir

Belarusdan qorxulu xəbərdarlıq: Qlobal müharibə riski çox yüksəkdir
Kateqoriya məlum deyil
T

Belarus müdafiə naziri Viktor Xrenin Rusiya və Belarusa qarşı hərbi münaqişə ehtimalının son dərəcə yüksək olduğunu bildirib. O belə bir qarşıdurmanın regional müharibədən qlobal münaqişəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, Xrenin Moskvada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin müdafiə nazirləri şurasının iclasında çıxış edərkən Avropada sürətlə artan silahlanmaya diqqət çəkib. Nazir NATO-nun şərq sərhədlərində koalisiya qüvvələrinin yerləşdirildiyini, həmçinin Polşa və Baltikyanı ölkələrdə hərbi mövcudluğun gücləndirildiyini vurğulayıb.

 

“Şərqi Avropa regionunda mövcud vəziyyəti qiymətləndirərək belə nəticəyə gəlirik ki, KTMT-yə üzv olan Rusiya və Belarusa qarşı hərbi münaqişə ehtimalı, eləcə də bu münaqişənin regional səviyyədən qlobal qarşıdurmaya çevrilməsi riski son dərəcə yüksəkdir”, - deyə Xrenin bildirib.

 

Belarus rəsmisi hesab edir ki, regionda hərbi aktivliyin artması təhlükəsizlik mühitini daha da gərginləşdirir və genişmiqyaslı qarşıdurma riskini yüksəldir. Bununla belə, NATO və Qərb ölkələri isə bölgədəki hərbi fəaliyyətlərini təhlükəsizlik tədbirləri və müdafiə xarakterli addımlar kimi qiymətləndirirlər.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ