Putin Priqojindən danışdı - “O, həyatda ciddi səhvlərə yol verdi”
Rusiya Prezidenti Vladimir Putin Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib. Sfera.az xəbər verir ki, bu barədə “Meduza” nəşri məlumat yayıb. Putin Yevgeni Priqojin haqqında ayrıca danışıb. “Mən Priqojini 1990-cı illərin əvvəllərindən tanıyıram. O, çətin taleyi olan bir insan idi və həyatda ciddi səhvlərə yol verdi. O, istedadlı insan, istedadlı iş adamı idi. Priqojin təkcə bizdə deyil, həm də xaricdə, xüsusən də Afrikada işləyirdi. Bildiyimə görə,