"Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik" - İranın Ermənistandakı səfiri

İran Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

 

Sfera.az xəbər verir ki, bunu İrəvanda keçirilən “İranın azad iqtisadi zonaları” sərgisində jurnalistlərə müsahibəsində İranın Ermənistandakı səfiri Mehdi Subhani deyib.

 

"Biz bu istiqamətdə addımlar atacağıq. İran Ermənistanla bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışacaq", - Subhani bildirib.

 

Ölkələr arasında ticarət əlaqələrini şərh edən diplomat 2022-ci ildə ticarət dövriyyəsinin 700 milyon dolları ötdüyünü qeyd edib. Subhani xatırladıb ki, ölkə liderləri qarşılarına bu rəqəmi 3 milyard dollara çatdırmaq vəzifəsini qoyublar.

 

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 2022-ci il noyabrın 1-də Tehrana səfəri zamanı İran prezidenti İbrahim Rəisi bildirmişdi ki, İran Ermənistanla ticarət dövriyyəsini ildə 3 milyard dollara çatdırmaq niyyətindədir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat veri...

İsrail Suriya druzlarına humanitar yardım göndərir

İsrailin Xarici işlər naziri Gideon Saar Suriyanın cənubundakı Əs-Suveyda şəhərində vəziyyətin pisləşməsi fonunda həmin bölgədə yaşayan druz icmasına humanitar ...

Bakı aeroportunda ƏMƏLİYYAT keçirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar. &nbs...

Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat evrilib...

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...