Aİ sosial media və texnologiya şirkətlərini nəzarətə götürür

Aİ sosial media və texnologiya şirkətlərini nəzarətə götürür

Avropa İttifaqı sosial media və texnologiya şirkətlərini ciddi nəzarətə götürür.

 

Sfera.az bildirir ki, özündə bu məqsədi ehtiva edən  “Rəqəmsal Xidmətlər Qanunu” sabah qüvvəyə minəcək. Onlayn alış-veriş nəhənglərini də əhatə edən Rəqəmsal Xidmətlər Aktı yeni istehlakçıların qorunması və müəllif hüquqlarına nəzarət öhdəliklərini də əhatə edir.

 

Məqsəd isə Aİ vətəndaşlarının müdafiə və təhlükəsizliyini təmin etməkdir. Virtual Xidmətlər Qanunu həmçinin yetkinlik yaşına çatmayanlar və gənclərin müdafiəsi ilə bağlı ciddi məzmun nəzarətini ehtiva edir. Buna əsasən, başda “Tik-Tok” olmaqla nəhəng platformalarda yayımlanan zərərli məzmunlarla bağlı sürətli xəbərdarlıq və şikayət variantları təqdim olunacaq, daha sonra ekspert komitəsi tərəfindən araşdırılaraq istifadəçiləri qorumaq üçün lazım gələrsə, onların dərhal silinməsi hədəflənəcək.

 

Məlumata görə, Rəqəmsal Xidmətlər Aktı 8-i sosial media platformaları olmaqla, 19 şirkəti nəzarətə götürəcək. Bu çərçivədə “AliExpress”, “Amazon Store”, “Apple AppStore”, “Bing”, “Booking”, “Facebook”, “Google Play”, “Google Maps”, “Google”, “ Instagram”, “LinkedIn”, “Pinterest”, “Snapchat”, “Twitter”, “ Wikipedia”, “Youtube” və.s  sabahdan etibarən ciddi qaydalara tabe olacaq. Sözügedən şirkətlərdən cümə günündən etibarən qanunun tələblərinə əməl etmələri tələb olunur. Şirkətlər qanuna əməl etməsələr, milyardlarla avro cərimə ilə üzləşə bilərlər.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR