Ukrayna ordusunun bu silahlara ehtiyacı var - Ekspert açıqladı

Ukrayna ordusunun bu silahlara ehtiyacı var - Ekspert açıqladı

Ukraynanın Ordu Tədqiqatları, Konversiya və Silahsızlaşdırma Mərkəzinin direktoru Valentin Badrak Ukrayna ordusunun ehtiyac duyduğu silahların adlarını açıqlayıb. Onun sözlərinə görə ordunun daha çox uzaqmənzilli raketlərə ehtiyacı var.

 

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, Badrak Ukrayna ordusunun 300-400 kilometr mənzilli raketlərlə təmin edilməsinin əhəmiyyətini vurğulayıb. O bu cür raketlərin müttəfiq ölkələrdə kifayət qədər olduğunu deyib: "Məsələn, Almaniyanın özündə 600-ə yaxın "Taurus" raketi var. Almanlar bu raketlərdən 100 ədədini və ya bir qədər çoxunu bizə verə bilər. ABŞ-nin ATACMS raketləri də texniki cəhətdən əlverişlidir. Konqres razılıq verərsə, ABŞ 80-100 ədəd ATACMS raketini Ukraynaya verəcək. Bizin Böyük Britaniyanın “Storm Shadow” və fransızların SCALP raketlərinə də ehtiyacımız var”.

 

Onun sözlərinə görə bu cür raketlərin vasitəsilə düşmənin maddi-texniki təminat zəncirini kəsmək və Rusiyaya təzyiqi artırmaq mümkündür.

 

Badrak Ukraynanın effektiv hücumu üçün döyüş aviasiyasının da böyük rol oynadığını söyləyib. O “F-16”ların bu baxımdan Ukrayna ordusuna böyük köməyinin olacağını deyib: “Müharibədə döyüşləri aktivləşdirmək üçün döyüş təyyarələri vacibdir. Ukrayna ABŞ və digər müttəfiqlərindən “F-16”lar, Avstraliyadan “F-18”lər, İsveçdən isə “Gripen” markalı döyüş təyyarələri almağa çalışır. Bundan əlavə, Ukraynaya həm də pilotsuz təyyarələr lazımdır. Təkcə kəşfiyyat və zərbə endirən pilotsuz təyyarələr deyil, həm də bir neçə min kilometr uça bilən uzun mənzilli kamikadze dronlarına ehtiyacımız var.

 

Bizə təkcə havada hərəkən edən dronlar deyil, həm də yerüstü və sualtı pilotsuz hücum vasitələri lazımdır. Daha çox əsgər itkisinin qarşısını almaq üçün robot döyüş vasitələrinə ehtiyacımız çoxdur. Düşmənin texnikasını və canlı qüvvəsini müstəqil şəkildə məhv edəcək ucuz vasitələrin əhəmiyyətini görürük. Bu cür çoxlu texniki vasitələr əldə etməliyik”.

 

Badrak onu da əlavə edib ki, Ukraynaya çoxlu sayda elektron döyüş texnikası, minatəmizləmə avadanlığı və artilleriya üçün sursat lazımdır.

 

Qeyd edək ki, bu yaxınlarda Qərb ölkələrindən Ukraynaya “F-16” qırıcılarının tədarükü ilə bağlı xəbərlər yayılmağa başlayıb. Danimarka 19 ədəd, Hollandiya 42 qırıcı verəcək. Norveç də Ukraynaya qırıcılar vəd edib, Portuqaliya isə “F-16”nı idarə etmək üçün ukraynalı pilot və mühəndislərə təlim keçəcəyini açıqlayıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Bakı aeroportunda ƏMƏLİYYAT keçirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar. &nbs...

Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat evrilib...

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb.  ...

Rusiya yay hücumuna hazırlaşır: 160 minlik ordu cəbhədə

CNN-in xəbərinə görə, Rusiya yaxın vaxtlarda Ukraynada genişmiqyaslı yay hücumuna keçə bilər. Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşd...