Priqojinin ölümü ilə bağlı iddialar – Onu kim öldürə bilərdi?

Priqojinin ölümü ilə bağlı iddialar – Onu kim öldürə bilərdi?

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ölümü dünya mediasının gündəmindən düşmür.

 

Sfera.az bildirir ki, bununla bağlı fərqli iddialar səsləndirilir. “Vaqner”lə əlaqəli "Grey Zone"  adlı “Telegram” kanalı təyyarənin Rusiya ordusu tərəfindən vurulduğu fikrini irəli sürüb.  Bununla yanaşı, “Vaqner” üzvləri qisas alacaqlarına and içdikləri videonu da paylaşıblar. Videoda maskalı şəxslər bunları deyib:

 

“Hazırda bizim nə edəcəyimiz barədə çoxlu söhbətlər gedir. Sizə bircə söz deyə bilərik: Başlayırıq, hazırlaşın, bizi gözləyin!”.

 

“Vaqner”ə bağlı olan digər “Telegram” kanalları da Priqojinin ölümü təsdiqlənərsə, Kremli ələ keçirəcəklərini vəd ediblər. Paralel olaraq muzdlu qrupun Sankt-Peterburqdakı qərargahında Priqojin və Utkin üçün xatirə guşəsi yaradılıb. 

 

Vaşinqtonda yerləşən Müharibənin Tədqiqi İnstitutu isə iddia edib ki, Putin Rusiya hərbi rəhbərliyinə Priqojinin təyyarəsini vurmağı əmr edib: “Təyyarənin qəzaya uğramasının arxasında Rusiya kəşfiyyat xidmətinin dayandığına dair iddialar da var”. 

 

Bu arada, bütün faktlara baxmayaraq, çoxları Priqojinin öldüyünə hələ də inanmır. Bunun ən böyük səbəblərindən biri də onun 2019-cu ildə də oxşar hadisə ilə qarşılaşmasıdır. Belə ki, “Vaqner” liderinin 2019-cu ildə Konqoda qəzaya uğrayan təyyarədə öldüyü xəbəri yayılsa da, Priqojin 3 gün sonra ortaya çıxıb.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

 

“İstintaq Komitəsi hadisə ilə bağlı ilkin araşdırmaya başlayıb. Proses tam şəkildə həyata keçiriləcək və sona çatdırılacaq. Burada heç bir şübhə yoxdur. Görək, yaxın vaxtlarda müstəntiqlər nə deyəcək. İndi isə ekspertiza aparılır. Bu, bir qədər vaxt aparır”, deyə Putin söyləyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb.  ...

Rusiya yay hücumuna hazırlaşır: 160 minlik ordu cəbhədə

CNN-in xəbərinə görə, Rusiya yaxın vaxtlarda Ukraynada genişmiqyaslı yay hücumuna keçə bilər. Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşd...

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Müğənni Elçin Göyçaylı həbs olunub.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.   ...

Prezident onlara müraciət ünvanladı

Bakıda Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə görüşü keçirilir.   Sfera.az xəbə...

Ukrayna müharibəsində yeni mərhələ: Avropa nə istəyir?

Almaniya Kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmer birgə mətbuat konfransında bildiriblər ki, Ukrayna yaxın həftələrdə və aylarda Brit...