“Tam hüquqlu Fələstin dövləti yaradılmalıdır” - Medvedyev
“İsrail-Fələstin münaqişəsi regional, hətta qlobal müharibəyə çevrilə bilər”. Sfera.az bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, qeyd edib ki, Moskva üçün Ukrayna savaşında uğur əldə etmək daha vacib olsa da, Fələstin və İsraildə baş verənlərə görə də narahatlıqları var. “Hazırkı qarşıdurmanın nəticələri, çoxsaylı insan tələfatı, dağıntılar göz qabağındadır. Qəzzada yüzlərlə insanın ölümünə səbəb olan xəstəxanaya raket hücumu isə dəhşətli faciə idi.