İsrail polisi fələstinli müğənnini həbs etdi

İsrail polisi fələstinli müğənnini həbs etdi
Kateqoriya məlum deyil
T

Fələstinli müğənni, prodüser Dalal Əbu Əmna İsrail polisi tərəfindən həbs olunub.

 

Sfera.az-ın məlumatına görə, buna səbəb ifaçının Fələstini dəstəkləyən paylaşımları olub. Məsələ ölkənin polisi tərəfindən təsdiqlənib. Onun həbs müddətinin uzadılması ilə bağlı Nazaret Sülh Cəza Məhkəməsinə müraciət edilib.

 

Dalal İsrailin Nazaret şəhərində yaşayır. Polis onu evində həbs edib.

 

Qeyd edək ki, Əmna ailəlidir və 2 övladı var. Artıq 11-ci gündür ki, İsrail-Fələstin münaqişəsi davam edir.//Axşam.az 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR