Netanyahudan ETİRAF: “Mülki əhali əziyyət çəkir”
Dünya
16:20 / 18.10.2023
6628
“Qəzzadakı mülki əhali İsrailin zərbələrindən əziyyət çəkir”.
Sfera.az bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. O, mülki insanların təhlükəsiz ərazilərə təxliyə edilməsinə çağırıb.
Xatırladaq ki, İsraillə Fələstin arasında müharibə oktyabrın 7-də başlayıb. Qəzza zolağında qarşıdurma başlayandan bəri üç mindən çox insan həlak olub, 11 min nəfər yaralanıb.
Türkan